Erməni qadın dağıntılar altından sağ çıxdı - FOTO

   Erməni qadın dağıntılar altından sağ çıxdı -    FOTO
  15 Avqust 2022    Oxunub:1288
Xəbər verdiyimiz kimi İrəvanın “Surmalu” ticarət mərkəzində xeyli sayda insanın ölümü və yaralanması ilə nəticələnən partlayış baş verib. Partlayışdan sonra ərazidə bir neçə saat davam edən yanğınlar yaranıb.
"Hanı FHN-nin helikopteri, hanı itlər?" - Erməni vəkil üsyan etdi
Dünəndən davam edən axtarış-xilasetmə tədbirlərinə könüllülər də qoşulub. Bu gün isə məlum olub ki, xilasedicilər dağıntılar altından öldüyü zənn edilən bir qadını salamat çıxarıblar.

Xatırladaq ki, dünən İrəvanın “Surmalu” topdansatış ticarət mərkəzində güclü partlayış baş verib. Nəticədə ölənlərin sayı 7 nəfərə çatıb. Rəsmi məlumatlara görə hadisə nəticəsində 60-dan çox adam xəsarət alıb, Dağıntılar altında hələ də xeyli insanın qaldığı bildirilir. Təcili tibbi yardım, hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə xilasetmə əməliyyatlarını davam etdirirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Dağıntı  





Xəbər lenti