Azad edilən ərazilərdə aşkarlanan minaların yeni sayı

   Azad edilən ərazilərdə aşkarlanan minaların    yeni sayı
  15 Avqust 2022    Oxunub:399
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.
ANAMA-dan AzVision.az -a verilən məlumata görə, avqustun 8-dən 13-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 134, tank əleyhinə 193 mina və 39 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 685 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

AzVision.az

Teqlər:







Xəbər lenti