İrəvanda faciə yaşanır, ermənilər isə konsert keçirirlər - VİDEO

 İrəvanda faciə yaşanır,   ermənilər isə konsert keçirirlər - VİDEO
  15 Avqust 2022    Oxunub:595
Ermənistanın paytaxtı İrəvanın “Surmalu” topdansatış ticarət mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin sayı artıq 6 nəfərə çatıb. Ötən gün yerli vaxtla saat 13:23-də qeydə alınan partlayışdan sonra hələ də dağıntılar arasında xeyli sayda insanın qaldığı deyilir.
İrəvanda ticarət mərkəzində partlayış: 6 nəfər ölüb, 18 nəfər itkin düşüb
Bu gün isə erməni mediası belə bir ağır faciəyə baxmayaraq ölkədə hər şeyin öx axarı ilə davam etməsindən yazıb. Məsələn, keçmiş deputat Naira Zöhrabyan yerli saytlardan birinə verdiyi açıqlamada deyib ki, İrəvan indi yas saxlamalı idi. Əvəzində paytaxtda bayram əhval-ruhiyyəsi olub.

- "Surmalu" ticarət mərkəzində baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 60-dan çox yaralı var, 25 nəfər isə axtarışdadır. Onların arasında 5 yaşlı qızı olan hamilə qadın da var. Hazırda axtarış işləri davam edir, xilasedicilər dağıntılar altından ölən və ya yaralananları çıxarmağa çalışırlar. Amma hazırda "Yeraz" parkında bayram konserti gedir. Bir rus qızının faciə ilə bağlı səhnəyə çıxıb üzümüzə tüpürməsi necə də bizim üçün ayıb görünür, - Zöhrabyan deyib.

Xatırladaq ki, dünən axşam Ermənistanın məşhur istirahət məkanlarından olan "Yeraz" parkında izdihamlı konsert verilib. Rusiyalı şairə, yazıçı və jurnalist Yelena Şuvayeva-Petrosyan səhnəyə çıxaraq kütləni ölkədə faciə baş verdiyi üçün konserti dayandırmağa çağırıb. O, deyib ki, “Bu bayramı dayandırın, Ermənistanda faciə baş verib, siz isə burada rəqs edirsiniz". Ermənilər isə ona gülüblər və sərt cavab veriblər: “Rusiyada da müharibə gedir”.

Qeyd edək ki, Yelena Şuvaeva-Petrosyan 2001-ci ildən İrəvanda yaşayır. Ermənistan Yazıçılar Birliyinin üzvüdür.

Tural Tağıyev
AzVision.az

Teqlər:   Ermənistan   Konsert  







Xəbər lenti