Misirdə kilsədə yanğın - 41 nəfər ölüb

  Misirdə kilsədə yanğın -    41 nəfər ölüb
  14 Avqust 2022    Oxunub:919
Misirin paytaxtı Qahirənin Giza rayonunda Əbu Səfein qibti kilsəsində baş vermiş yanğın nəticəsində azı 41 nəfər ölüb, 14 yaralı var.
AzVision.az xəbər verir ki, faciə kilsədə ayin zamanı baş verib. Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım maşını cəlb olunub. Misir Prezidenti Əbdülfəttah əs-Sisi yanğında həlak olanların ailələrinə başsağlığı verib, bu insidenti ağır faciə adlandırıb.

Misirin Baş Prokurorluğu insidentlə bağlı təhqiqat aparır.

AzVision.az


Teqlər:





Xəbər lenti