Türkiyə ordusu 7 ildə 35 mindən çox terrorçunu ziyansız hala gətirib

 Türkiyə ordusu 7 ildə 35 mindən çox terrorçunu ziyansız hala gətirib
  13 Avqust 2022    Oxunub:1027
Türkiyə ordusu sərhədlərin qorunması üçün lazım olan müdaxiləni vaxtında edir.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.

Nazir bildirib ki, 24 iyul 2015-ci il tarixindən etibarən 35 min 656 terrorçu zərərsizləşdirilib.

Şəhid və qazilərin və onların ailələrinin Türkiyə Cümhuriyyəti üçün çox dəyərli olduğunu bildirən nazir sərhədlərin toxunulmazlığında onların ən böyük paya sahib olduğunu bildirib.

“Biz onların xatirələrini heç vaxt unutmamışıq, unutmayacağıq, unudulmasına imkan verməyəcəyik”,- Hulusi Akar bildirib.

AzVision.az



Teqlər: Türkiyə   Terror  





Xəbər lenti