Ukrayna limanlarından indiyədək 450 min ton ərzaq məhsulu daşınıb

   Ukrayna limanlarından indiyədək 450 min ton ərzaq məhsulu daşınıb
  13 Avqust 2022    Oxunub:695
Kənd təsərrüfatı məhsullarını yükləmək üçün Ukrayna limanlarına üz tutan ilk gəmi "Çornomorsk" limanından yola düşüb.
AzVision.az
"Ukrinform"a istinadən xəbər verir ki, bu barədə İnfrastruktur Nazirliyi Facebook-da məlumat yayıb.

"Bu gün səhər saatlarında Barbados bayrağı altında üzən "Fulmar S" yükdaşıyıcısı Türkiyəyə yola düşüb. Gəmi "Thoe" yükdaşıyıcısı ilə karvana qoşulub", - deyə mesajda qeyd edilib.

Ümumilikdə, kənd təsərrüfatı məhsullarının təhlükəsiz daşınması təşəbbüsünün icrası zamanı artıq 16 gəmi Ukrayna limanlarından çıxıb. Bu müddətdə ümumilikdə 450 min ton ərzaq məhsulu daşınıb.

AzVision.az



Teqlər:





Xəbər lenti