Laçın, Zabux və Susa qayıdacaq ailələrin sayı dəqiqləşdirilir

 Laçın, Zabux və Susa qayıdacaq ailələrin sayı dəqiqləşdirilir
  13 Avqust 2022    Oxunub:1057
Laçın şəhəri, Zabux və Sus kəndlərinə qayıdacaq ailələrin sayı dəqiqləşdirilir.
AzVision.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində işğaldan azad edilmiş Laçın şəhərinə və rayonun Zabux, Sus kəndlərinə yerli sakinlərin qayıdışının təşkili ilə əlaqədar Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrası vəziyyətinə həsr olunan müşavirədə bildirilib.

Toplantıda Azərbaycanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış Laçın şəhəri, həmçinin Zabux və Sus kəndləri sakinlərinin - doğma yurda qayıdacaq ailələrin sayının dəqiqləşdirilməsi və digər vəzifələrlə əlaqədar işlərin sürətləndirilməsi barədə struktur bölmələrinə tapşırıqlar verilib.

AzVision.az



Teqlər:





Xəbər lenti