Estoniya və Finlandiya Fin körfəzini Rusiya üçün bağlayır

   Estoniya və Finlandiya Fin körfəzini Rusiya üçün bağlayır
  13 Avqust 2022    Oxunub:1099
Estoniya və Finlandiya sahil mühafizəsi üzrə raket sistemlərini birləşdirəcək. Bu, daha əvvəl elan edilmiş mühafizə planlarının inteqrasiyası çərçivəsində baş tutacaq.
Bu barədə Estoniyanın müdafiə naziri Hanno Pevkur məlumat verib. Onun sözlərinə görə, Estoniya və Finlandiya raketlərinin fəaliyyət diapazonu Fin körfəzinin genişliyindən çoxdur:

“Bu o deməkdir ki, biz raketdən müdafiə sistemimizi birləşdirəcəyik və bütün məlumatları bir-birimizlə paylaşacağıq. Bu qərar Fin körfəzinin Rusiya hərbi gəmiləri üçün bağlanmasına imkan verəcək. Finlandiya və İsveç NATO-ya daxil olanda Baltik dənizi NATO-nun daxili dənizinə çevriləcək”.

AzVision.az



Teqlər:





Xəbər lenti