Bakıda cücə sexi yandı

Bakıda cücə sexi yandı
  30 Aprel 2014    Oxunub:1702
Bakıda cücə sexində yanğın baş verib.
AzVision.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 800 kv.m olan cücə sexinin taxta konstruksiyalardan ibarət dam örtüyü 760 kv.m sahədə, içərisində olan avadanlıqlar yanıb, sexin içərisində sayı məlum olmayan 10 günlük cücələr tələf olub. Sexin qalan hissəsi və yaxınlıqda olan digər sexlər yanğından mühafizə olunub.

Yanğın saat 18:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:





Xəbər lenti