Məşhur diplomat konfransda çıxış edərkən öldü - VİDEO

 Məşhur diplomat konfransda çıxış edərkən öldü -    VİDEO
  10 Avqust 2022    Oxunub:587
Səudiyyə Ərəbistanının tanınmış diplomatlarından olan Məhəmməd əl-Qahtani vəfat edib. AzVision.az xəbər verir ki, o, Misirdə Ərəb-Afrika konfransında çıxış edən zaman qəfildən dünyasını dəyişib.
"Tahiamasr.com" saytı hadisə ilə bağlı video yayaraq yazıb ki, əl-Qahtani tribunada anidən huşunu itirərək arxası üstə yıxılıb.

Bildirilir ki, həkimlər ilkin tibbi yardım göstərsələr də məşhur səudiyyəli diplomatın həyatını xilas etmək mümkün olmayıb. Ölümün səbəbi hələlik məlum deyil.

Diplomatın son sözləri isə belə olub: “Harada olursunuzsa olun, ölüm sizi tapacaq. Sağlam qəlblə Allaha qovuşmuş kəslərdən başqa heç kəs üçün heç bir məqam və dəyər yoxdur”.



Tural Tağıyev

AzVision.az

Teqlər:







Xəbər lenti