Cənubi Koreyada leysan: 16 ölü

Cənubi Koreyada leysan:    16 ölü
  10 Avqust 2022    Oxunub:754
Son 80 ilin ən güclü yağışı Koreya Respublikasının paytaxt regionunda 16 nəfərin ölümünə səbəb olub. Daha 16 nəfər itkin düşüb.
Seulda 2,6 mindən çox ev su altında qalıb, 570 nəfər təxliyə edilərək müvəqqəti sığınacaqlara yerləşdirilib. Seulla qonşu regionlarda 1,2 min vətəndaş evlərini tərk etmək məcburiyyətində qalıb.

Xilasetmə xidmətlərinin bildirdiyinə görə, indiyədək doqquz nəfərin öldüyü təsdiqlənib, bunlardan beşi Seulda, üçü qonşu Kyonqido əyalətində və bir nəfər isə Kanvondo əyalətindədir. Daha yeddi nəfər itkin düşmüş hesab olunur, 17 nəfər yaralanıb.

Paytaxt regionunda bir saat ərzində 525 mm-dən çox yağıntı düşüb. Bu, 1942-ci ildən sonra ən yüksək göstəricidir.

AzVision.az




Teqlər:





Xəbər lenti