Timsah balıq tutan 15 yaşlı uşağın başını qoparıb

   Timsah balıq tutan 15 yaşlı uşağın başını qoparıb
  10 Avqust 2022    Oxunub:1138
İndoneziyada Tolire gölündə timsah yeniyetməyə hücum edib.
Bu barədə “Mirror” nəşri yazıb. 15 yaşlı Fərcan İdham dostları ilə gölə yaxın köhnə ağacın üzərində balıq tutuduğu zaman timsah ona hücum edib. Yeniyetmənin dostları ona kömək etmək istəsə də, aqressiv heyvan uşağı suyun altında aparıb.

Üç gün sonra oğlanın cəsədinin qalıqları tapılıb. Xilasedicilər uşağın əzalarının və başının timsahlar tərəfindən yeyildiyini aşkar ediblər. Mərhumun qalıqları ailəsinə təhvil verilib. Gölün su sahəsi turistlər və yerli sakinlər üçün müvəqqəti bağlanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti