BƏƏ-də qadın intihar cəhdinə görə cərimələndi

   BƏƏ-də qadın intihar cəhdinə görə cərimələndi
  10 Avqust 2022    Oxunub:764
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yaşayan 30 yaşlı asiyalı qadın intihara cəhd etdiyi üçün Dubay məhkəməsi tərəfindən cərimələnib.
Bu barədə “Gulf Today” portalı məlumat yayıb. Belə ki, qadın 2021-ci ilin iyulunda intihara cəhd edib. Bunu hüquq-mühafizə orqanlarına onunla birlikdə yaşayan rəfiqəsi deyib.

Qız sevgilisi ilə xoşagəlməz söhbət etdikdən sonra intihara cəhd edib. Nəticədə Dubay Kiçik Cinayətlər Məhkəməsi qızı təqsirli bilərək 1000 dirhəm cərimə ödəməsi ilə bağlı qərar qəbul edib.

AzVision.az



Teqlər: Məhkəmə  





Xəbər lenti