Borrel Belarusa 3 milyard avro söz verdi

   Borrel Belarusa 3 milyard avro söz verdi
  10 Avqust 2022    Oxunub:951
Avropa İttifaqı demokratiyaya keçid olan kimi Belarusa qarşı tətbiq etdiyi sanksiyaları ləğv edəcək və bu ölkəyə 3 milyard avroluq iqtisadi dəstək planını işə salacaq.
Bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell bəyan edib. Borrel xatırladıb ki, Aİ müttəfiqləri ilə birlikdə Belarusun hüquqi və fiziki şəxslərinə qarşı altı sanksiya paketi tətbiq edib.

Onun sözlərinə görə, 2020-ci ilin avqust ayından etibarən Aİ Belarusda repressiya qurbanlarına, vətəndaş cəmiyyətinə, müstəqil mediaya, qadınlara, gənclərə və tələbələrə, kiçik biznesə, səhiyyəyə və mədəniyyətə dəstək olmaq üçün təxminən 65 milyon avro ayırıb.

AzVision.az



Teqlər:





Xəbər lenti