Finlandiya elektrik enerjisi vergisini azaltmağı planlaşdırır

Finlandiya elektrik enerjisi vergisini azaltmağı planlaşdırır
  09 Avqust 2022    Oxunub:988
Finlandiya enerji böhranı zamanı qiymətləri normallaşdırmaq və istehlakçıları dəstəkləmək üçün elektrik enerjisi vergisini demək olar ki, iki dəfə azaltmaq niyyətindədir.
Bu barədə ölkənin iqtisadi inkişaf naziri Mika Lintilya “Yle” telekanalının efirində bildirib.
Nazir hesab edir ki, belə sadə və effektiv tədbir mümkün qədər tez nəticə verəcək və istehlakçı hesablarına müsbət təsir edəcək: “Elektrik enerjisi üzrə istehlak vergisi indi onun ümumi dəyərinin 24%-ni təşkil edir, mən onu 14%-ə və ya 10%-ə endirməyi təklif edirəm”.

Lintilin fikrincə, elektrik enerjisinin qiymətinin qalxması probleminin həlli yaxın vaxtlarda tapılmalıdır ki, soyuq havaların başlaması ilə qiymətlər bu qədər yüksək olmasın. Artıq avqust ayında Finlandiya ənənəvi olaraq mövsümi şaxtalara və gündüz saatlarının azalmasına başlayır, bununla əlaqədar enerji istehlakında artım müşahidə olunur.

AzVision.az


Teqlər:





Xəbər lenti