Polşanın baş naziri Consonla vidalaşmadı

   Polşanın baş naziri Consonla vidalaşmadı
  09 Avqust 2022    Oxunub:1047
Polşanın baş naziri Mateuş Moravetski Varşavaya vida səfərinə getməyə hazırlaşan Böyük Britaniyanın baş naziri Boris Consonu “vaxt azlığı” səbəbindən qəbul edə bilməyib.
Bu barədə “Bloomberg” məlumat yayıb. Belə ki, iki liderin ofisləri əvvəllər Consonun avqustun 8-də Polşaya “vida səfəri” ilə bağlı razılığa gəliblər və bu barədə hətta Britaniya baş nazirinin ofisi mətbuata da məlumat verib. Lakin qısa müddət sonra Varşava Britaniya tərəfini xəbərdar edib ki, Polşa lideri göstərilən tarixdə Böyük Britaniyanın baş nazirini qəbul edə bilməyəcək.

Bildirib ki, Moravetski çətin ki, istefaya getməzdən əvvəl Consonu qəbul etməyə vaxt tapa bilsin. Böyük Britaniyanın baş nazirinin mətbuat katibi Maks Bleyn “Bloomberg”in sorğusuna cavab olaraq, Varşavaya əvvəlcədən planlaşdırılan səfərin baş tutmadığını, yeni tarix razılaşdırılmadığını təsdiqləyib.


AzVision.az



Teqlər:





Xəbər lenti