Talibanın təhlükəli lideri PUA ilə öldürüldü

   Talibanın təhlükəli lideri PUA ilə öldürüldü
  09 Avqust 2022    Oxunub:1024
Pakistandakı "Taliban" hərəkatının qurucularından olan Əbdül Vəli öldürülüb. Onun bazar günü gecə saatlarında xüsusi təşkil olunmuş hücumda aradan götürlüdüyü deyilir.
Məşhur ailənin həkim övladı: Öldürülən "Əl-Qaidə" lideri kim olub?
AzVision.az xəbər verir ki, bu barədə CNN təşkilatdakı iki mənbəyə istinad edərək məlumat yayıb.
"Təhrik-e-Taliban" (TTP) kimi tanınan təşkilat həm Əfqanıstanda, həm də Pakistanda fəaliyyət göstərən ABŞ-ın qara siyahısında olan terror təşkilatı sayılır.

TTP mənbələri CNN-ə bildiriblər ki, Ömər Xalid Xorasani kimi tanınan yüksək rütbəli komandir Əbdül Vəli digər iki TTP lideri ilə birlikdə PUA hücumu nəticəsində məhv edilib. Əməliyyat Əfqanıstanın Pakistanla həmsərhəd olan Paktika əyalətində baş tutub.
CNN Vəlinin ölüm xəbərinin doğruluğunu təsdiqləmək üçün Pakistan Daxili İşlər Nazirliyi ilə əlaqə saxlasa da, heç bir cavab almayıb.

ABŞ Dövlət Departamentinin məlumatına görə, Vəli “Camaat ul-Əhrar” kimi tanınan TTP ilə əlaqəli silahlı qruplaşmanın da lideri olub.
Məlumatda o da qeyd edilir ki, sözügedən qruplaşma Vəlinin rəhbərliyi altında Pakistanın Pəncab əyalətində ən fəal TTP şəbəkələrindən birinə çevrilib. Təşkilat həmçinin Pakistan ərazisindəki çoxsaylı hücumlara görə məsuliyyəti öz üzərinə götürüb.

Xatırladaq ki, avqustun 2-də ABŞ-ın xüsusi xidmət orqanları “Əl-Qaidə” terror təşkilatının lideri olan Ayman əz-Zəvahirini aradan götürmüşdü.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Taliban   Pakistan   PUA  





Xəbər lenti