Sabah hava yağmursuz olacaq

Sabah hava yağmursuz olacaq
  09 Avqust 2022    Oxunub:953
Avqustun 10-na gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava olacaq. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz 30-34° isti olacaq. Bakıda gecə 22-24° isti, gündüz 31-33° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsasən qərb rayonlarında arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti