"İstanbul Kommunikesinə qayıtmaq mümkünsüzdür" - Podolyak

   "İstanbul Kommunikesinə qayıtmaq mümkünsüzdür" -    Podolyak
  09 Avqust 2022    Oxunub:979
"Mart ayında İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında üzbəüz danışıqların nəticəsi olan İstanbul Kommünikesinə qayıtmaq qeyri-mümkündür".
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Mixailo Podolyak BBC News-un Ukrayna xidmətinə müsahibəsində deyib.

"Ukraynada emosional fon çox dəyişib. Biz canlı olaraq həddən artıq çox hərbi cinayətlər gördük. Ukrayna cəmiyyəti, şübhəsiz ki, razılaşmayacaq. Çünki başa düşəcəklər ki, Rusiya tərəfi bu cinayətlərə görə məsuliyyət daşımırsa, o zaman belə hallar Ukrayna ərazisində bu və ya digər formada davam edəcək. Ona görə də İstanbulda təklif olunan kommünike müəyyən təkmilləşdirmədən keçməlidir”, - Podolyak bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti