Polis qayığının uşağı öldürməsi Albaniyanı qarışdırdı

   Polis qayığının uşağı öldürməsi Albaniyanı qarışdırdı
  09 Avqust 2022    Oxunub:832
Albaniyada yeddi yaşlı qızın polis məsuliyyətsizliyi nəticəsində ölməsi ilə bağlı etirazlar başlayıb. Tiranada keçirilən aksiya iştirakçıları ədalət tələbi ilə ölkənin Daxili İşlər Nazirliyinin binasını qırmızı boya atıblar.
AzVision.az xəbər verir ki, bu barədə Euractiv məlumat yayıb.

Qeyd edilir ki, Conada Avida adlı uşaq polisin idarə etdiyi qayığın motorunun pərvanəsinə ilişib. Uşaq elə anındaca dünyasını dəyişib. Məlumata görə qız İngiltərədə yaşayırmış və yay tətili üçün Albaniyaya gəlib.

Məsələdə diqqət çəkən məqam isə bu olub ki, qayıqda yoxlama zamanı polisin xidməti silahı aşkar edilib. Hərçənd o, həmin vaxt vəzifədə olmayıb. Qayığa isə 2020-ci ildə narkotik işində vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamlarından yayınmağı bacaran polis məmuru Aryan Tasenin rəhbərlik edib.

Qızın faciəli ölümü ilə əlaqədar etirazçılar daxili işlər naziri Bedar Kuça ilə yanaşı turizm naziri Mirela Kumbaronun da istefasını tələb ediblər.

Tural Tağıyev
AzVision.az



Teqlər: Polis   Qayıq   Albaniya  





Xəbər lenti