Erməni jurnalist Azərbaycanın çəkdiyi yola heyran qaldı - FOTO

   Erməni jurnalist Azərbaycanın çəkdiyi yola heyran qaldı -    FOTO
  08 Avqust 2022    Oxunub:1307
Erməni jurnalist Nairi Hoxikyan Azərbaycanın Laçın ətrafında çəkdiyi yeni yol haqqında danışıb. AzVision.az xəbər verir ki, Facebookda paylaşım edən Hoxiyan yolun keyfiyyətinə heyranlığını gizlətməyib.
- Laçın dəhlizindən yan keçən yeni yol azərbaycanlılar tərəfindən tikilərək tamamlanıb. Hələlik bəzi xırda işlərlə məşğul olsalar da, mən şəxsən gedib bu yolun necə olmasının yoxladım. Onlar keyfiyyətli yol çəkiblər. Rusiya sülhməramlıları həm yola, həm də ətraf kəndlərə nəzarət edirlər. Mən çox təəssüf edirəm ki, bizim yol çəkənlər 9 ay ərzində bir yolun 6 km-ni belə çəkə bilmədilər. Halbuki düşmən bu müddət ərzində 30 km-i çəkə bildi, - Hoxikyan yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Yol   Jurnalist  





Xəbər lenti