Türkiyə XİN: "Bölgədə mövcud atəşkəs kövrəkdir"

      Türkiyə XİN:    "Bölgədə mövcud atəşkəs kövrəkdir"
  08 Avqust 2022    Oxunub:925
Ermənistanla Türkiyə arasında qarşılıqlı şəkildə təyin edilən xüsusi nümayəndələrin görüşləri davam edir.
AzVision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin xarici ölkələrdəki səfirlərinin 13-cü konfransının açılışında deyib. Onun sözlərinə görə, Türkiyə bir çox ölkələrlə üç və dördtərəfli formatda sıx əməkdaşlıq edir.

“Ermənistanla qarşılıqlı şəkildə təyin etdiyimiz xüsusi nümayəndələrin görüşləri davam edir. Bunu Azərbaycan və Ermənistan arasındakı proseslərdən və əsas məqsədimiz olan bütün bölgədə normallaşma və əməkdaşlıq səylərimizdən ayrı düşünmürük. Son günlərdə bölgədə yaşanan gərginlik mövcud atəşkəsin nə qədər kövrək olduğunu göstərir. Əlbəttə, bu proseslərdə can Azərbaycanla həmrəyliyimiz davam edəcək”.

AzVision.az

Teqlər: Türkiyə  







Xəbər lenti