Çavuşoğlu Ermənistana xəbərdarlıq etdi

   Çavuşoğlu  Ermənistana xəbərdarlıq etdi
  08 Avqust 2022    Oxunub:1115
Biz Ermənistana bir daha xəbərdarlıq edirik ki, yeni təxribatlara əl atmasın.
AzVision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin xarici ölkələrdəki səfirlərinin 13-cü konfransının açılışında deyib. Onun sözlərinə görə, Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi Cənubi Qafqazda sülhün və normallaşma prosesinin başlanmasına şərait yaratdı.

"Qarabağ işğal altında olduğu zaman Türkiyə haqlının yanında oldu. Müharibə başlayanda Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsini dəstəklədik. Sonra regional əməkdaşlıq üçün səylərimizi davam etdirdik. Dost da, düşmən də bilsin ki, Azərbaycan heç bir zaman tək deyil.”, - XİN başçısı vurğulayıb.

AzVision.az

Teqlər: Türkiyə   Ermənistan  







Xəbər lenti