31 yaşlı qadın özünü 7-ci mərtəbədən atdı

31 yaşlı qadın özünü 7-ci mərtəbədən atdı
  29 Aprel 2014    Oxunub:1001
Sumqayıt şəhərində qadın hündürmərtəbəli binadan düşüb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, qadının intihara cəhd etməsi barədə nazirliyə məlumat daxil olub.

FHN müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Məlum olub ki, doqquzmərtəbəli binanın 7-ci mərtəbəsinin pəncərəsindən 1983-cü il təvəllüdlü qadın yıxılaraq 1-ci mərtəbənin dam örtüyünə düşüb. Qadın hadisə yerindəcə vəfat edib.

Xilasedicilər qadının meyitini aşağı endiriblər və onu ailəsinə təhvil veriblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti