Murtuz Ələsgərov adına təqaüd kimlərə verilir?

Murtuz Ələsgərov adına təqaüd kimlərə verilir?
  29 Aprel 2014    Oxunub:4682
Hazırda Bakı Dövlət Universitetində yalnız bir tələbə Milli Məclisin sabiq spikeri, mərhum professor Murtuz Ələsgərovun adına təsis olan təqaüd alır.

Bu barədə AzVision.az-a açıqlamasında universitetin hüquq fakültəsinin dekanı Əmir Əliyev deyib. Onun sözlərinə görə, adıçəkilən təqaüd 2013-cü ildən verilir:

“Universitetimizdə yalnız bir tələbə bu təqaüdə layiq görülüb. Həmin tələbə Gövhər Əlizadədir. O, hüquq fakültəsinin əyani şöbəsində 3-cü kursda təhsil alır. Qiymətləri əla olan bir tələbədir”.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov Murtuz Ələsgərovun adının əbədiləşdirilməsi məqsədilə onun adına təqaüd təsis edilməsi ilə bağlı qərar qəbul edib.

Xatırladaq ki, Murtuz Ələsgərov 1954-cü ildən ömrünün sonunadək Bakı Dövlət Universitetinin hüquq fakültəsində dərs deyib. O, müxtəlif illərdə burada baş müəllim, dosent, professor və kafedra müdiri, 1993–1996-cı illərdə isə universitetin rektoru olub.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti