DYP-dən Aynar Məmmədovla bağlı yeni AÇIQLAMA

DYP-dən Aynar Məmmədovla bağlı yeni AÇIQLAMA
  25 Aprel 2014    Oxunub:1273
“10-LZ-100 dövlət nömrə nişanlı “Nissan Skyline GT-R35“ avtomobilin cərimə meydançasına aparılması ilə bağlı mətbuata açıqlama verməmişəm. Bunu kim yayıbsa, məsuliyyət də onun boynundadır. Həmin maşının cərimə meydançasında olub-olmadığını bilmirəm”.
Bunu AzVision.az-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deputat Elton Məmmədovun oğlu Aynar Məmmədova məxsus maşının cərimə meydançasına aprılması ilə bağlı məlumata aydınlıq gətirərkən deyib.

“Mən bəyəm cərimə meydançasında işləyirəm ki, maşınlar gələndə bir-bir siyahı tutum? Bunu yazan o qədər qeyri-peşəkardır ki, bilmir ki, mən cərimə meydançasında olan maşınların siyahsını bilə bilmərəm? Mən belə informasiya verməmişəm və həmin dövlət nömrə nişanlı avtomibilin cərimə meydançasında olub-olmadığı ilə bağlı məndə məlumat yoxdur”.

Qeyd edək ki, ötən gün mətbuatda yayılan məlumata görə, Millət vəkili Elton Məmmədovun oğlu Aynar Məmmədovun 10-LZ-100 dövlət nömrə nişanlı “Nissan Skyline GT-R35“ avtomobili hazırda cərimə meydançasına aparılıb. Məlumatda qeyd olunur ki, bu barədə informasiyanı Bakı Şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov verib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti