Donetskdə 9 nəfər öldürülüb, 2-si uşaqdır

   Donetskdə 9 nəfər öldürülüb,    2-si uşaqdır
  04 İyul 2022    Oxunub:711
Son sutka ərzində Donetsk vilayətində 9 dinc sakin öldürülüb. Ölənlər arasında iki uşaq da var.
Ukrayna müharibəsi nə vaxt bitəcək? - Kəşfiyyat rəhbərinin proqnozu
AzVision.az xəbər verir ki, bu barədə Donetsk Regional Hərbi Administrasiyasının rəhbəri Pavel Kirilenko Telegram səhifəsində məlumat yayıb.

- Rusiya dinc insanları qətlə yetirir! İyulun 3-də ruslar Donetsk vilayətində 9 dinc sakini öldürüblər. Slavyanskda altı, Avdeevka, Baxmut və Zaitsevoda isə bir nəfər həlak olub. Ölənlər arasında Slavyansk və Zaitsevodan olan iki uşaq da var. 25 nəfər isə yaralanıb, - Ukrayna rəsmisi deyib.

Kirilenko onu da vurğulayıb ki, hazırda Mariupol və Volnovaxada qurbanların dəqiq sayını müəyyən etmək mümkün deyil.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna  





Xəbər lenti