Kopenhagendə terror: Ölənlər var

   Kopenhagendə terror:    Ölənlər var
  04 İyul 2022    Oxunub:380
Kopenhagendə ticarət mərkəzində baş verən atışma nəticəsində üç nəfər ölüb, polis hadisənin terror hücumu olduğunu istisna etmir. Kopenhagenin Erestad rayonunda yerləşən Field's ticarət mərkəzində atəş açan 22 yaşlı şəxs saxlanılıb, onun etnik danimarkalı olduğu bildirilir.
Onun valideynləri də əslən danimarkalıdır. Təqsirləndirilən şəxslə əlbir olanlar barədə məlumat yoxdur. Danimarka polisinin sözçüsü, baş verənlərin terror hücumu olmasını istinad etmədiyini deyib.

Bununla yanaşı, atışmanın motivi və həbs edilən şəxsdən başqa cinayətkarın olub-olmaması hazırda bəlli deyil. Baş vermiş atışma ilə bağlı istintaq davam edir.

AzVision.az

Teqlər:







Xəbər lenti