İtaliyada buzlaq çökdü: 6 nəfər ölüb

İtaliyada buzlaq çökdü:    6 nəfər ölüb
  04 İyul 2022    Oxunub:353
Alp dağlarının İtaliya hissəsində böyük buz təbəqəsinin çökməsi nəticəsində azı 6 nəfər ölüb.
İtaliyanın şimal-şərqindəki Marmolada yüksəkliyində buz təbəqəsi dağda olan bir qrup alpinistin üzərinə çöküb. Hadisə nəticəsində alpinistlərdən 6-sı ölüb, biri ağır olmaqla 8 nəfər yaralanıb. Daha 10 nəfərin itkin düşdüyü, axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.

Axtarış-xilasetmə işlərinə canlı qüvvə ilə yanaşı, 5 helikopter cəlb olunub. Qeyd edək ki, Marmolada zirvəsində yerləşən buzlaq İtaliyanın ən böyük buzlaqlarından biridir.

AzVision.az

Teqlər:







Xəbər lenti