Bayden jurnalistin sulına cavab verə bilmədi

 Bayden jurnalistin sulına cavab verə bilmədi
  03 İyul 2022    Oxunub:1289
ABŞ prezidenti Co Bayden jurnalistin San Antonio şəhərində yük maşınının arxasında meyitləri tapılan 50-dən çox insanın ölümü ilə bağlı sual verməsindən sonra mətbuat konfransını tərk edib.
“Cənab prezident, Texasda 50 miqrantın ölümünə münasibətiniz necədir?",-deyə jurnalistlərdən biri dövlət başçısına sual verib.

Bayden isə ona cavab verməyib və olduğu yeri tərk edib.

Qeyd edək ki, ABŞ-ın keçmiş Prezidenti Donald Tramp immiqrasiya siyasətini və sərhəd nəzarətini gücləndirmək üçün bir sıra tədbirlər görüb. Digər işlərlə yanaşı, o, Meksika ilə sərhəddə divarın tikintisi təşəbbüsü ilə çıxış edib. Tramp bu tədbirin qeyri-qanuni immiqrasiya və narkotik qaçaqmalçılığının qarşısını almağa kömək edəcəyinə inanırdı.

Co Bayden keçən ilin yanvarında inauqurasiyasından qısa müddət sonra ölkənin immiqrasiya qanunlarını yumşaltmaq üçün bir sıra fərmanlar imzaladı. Onun ilk tədbirlərindən biri Trampın Meksika ilə sərhəddə yaranmış vəziyyətlə əlaqədar tətbiq etdiyi fövqəladə vəziyyətin ləğvi olub. Bu vəziyyət Amerika Konqresinin rəyindən yan keçərək divarın tikintisini maliyyələşdirməyə imkan verdi.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti