Qırmızı dənizin çimərlikləri bağlandı

   Qırmızı dənizin çimərlikləri    bağlandı
  03 İyul 2022    Oxunub:377
Misirin Qırmızı Dəniz Administrasiyası cümə günü 68 yaşlı avstriyalı qadının Səhl Hasheesh sahillərində köpək balığının hücumu nəticəsində ölməsindən sonra cümə günü bir neçə Qırmızı dəniz çimərliyini bağlamaq əmri verib.
AzVision.az xəbər verir ki, bu barədə Qırmızı Dəniz Sağlamlıq Təşkilatı məlumat yayıb. Qurumun məlumatına görə, kğpək bağlığının qurbanı hücumdan dərhal sonra yerli özəl xəstəxanaya yerləşdirilib.

Onu reanimasiya etmək cəhdləri edilib, lakin o, qan dövranı çatışmazlığı - xəsarətlər və qan itkisi nəticəsində qan təzyiqinin qəfil düşməsi səbəbindən dünyasını dəyişib.

Təhlükəsizlik mənbəsi onu da əlavə edib ki, qadın son beş il ərzində misirli əri ilə birlikdə Misirdə yaşayırmış.

AzVision.az

Teqlər:







Xəbər lenti