Rusiya Luqanska tam nəzarəti ələ keçirdi

   Rusiya Luqanska tam nəzarəti ələ keçirdi
  03 İyul 2022    Oxunub:1272
Rusiya ordusu Ukraynanın Luqansk vilayətinə tam nəzarəti ələ keçirib
AzVision.az xəbər verir ki, bu barədə müdafiə naziri, ordu generalı Sergey Şoyqu Prezident Vladimir Putinə məruzə edib.

Müdafiə naziri bildirib ki, Lisiçansk şəhəri və bir sıra ona bitişik ərazilər üzərində tam nəzarət yaradılıb. Həmçinin Beloqorovka, Novodrujesk, Maloryazantsevo və Belaya Qora qəsəbələri də Rusiya Silahlı Qüvvələrinin nəzarətindədir. Onun sözlərinə görə, ümumilikdə, son sutka ərzində 182 kvadrat kilometr ərazini nəzarətə götürmək mümkün olub.

AzVision.az


Teqlər:





Xəbər lenti