Çexiya rezerv üçün böyük həcmdə qaz alıb

Çexiya rezerv üçün böyük həcmdə qaz alıb
  02 İyul 2022    Oxunub:1689
Çexiya dövlət ehtiyatı üçün 360,2 milyon dollara təbii qaz alıb.
AzVision.az xəbər verir ki, bu barədə CTK xəbər agentliyi məlumat yayıb.

Dövlət ehtiyatı üçün qaz yeraltı anbarlara daxil olub. Satınalma Ukraynadakı vəziyyət və qazın Rusiyadan tədarükünün məhdudlaşdırılması təhlükəsi ilə əlaqədar həyata keçirilib.

Çexiyanın yeraltı anbarlarının qazla doldurulması prosesi davam edir. Hazırda onlar ümumi həcmin təxminən üçdə ikisi ilə doldurulur. Hökumət əməliyyat şirkətləri qarşısında istilik mövsümünə qədər ümumi həcmin azı 80%-ni doldurmaq vəzifəsi qoyub.

Dövlət Material Ehtiyatları Departamenti yaxın vaxtlarda 50 milyon dollara 75 min ton neft alacaq.


AzVision.az



Teqlər: Çexiya   Qaz  





Xəbər lenti