AB Moldovaya 40 milyon avroluq hərbi yardım edəcək

 AB Moldovaya 40 milyon avroluq hərbi yardım edəcək
  02 İyul 2022    Oxunub:1549
Avropa İttifaqı (Aİ) Moldovaya hərbi yardım proqramının başladığını elan edib və bunun üçün Avropa Sülh Fondundan 40 milyon avro ayrılacaq.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının dərc etdiyi bəyanatda deyilir.

"Proqramın ümumi məqsədi milli təhlükəsizliyin, sabitliyin və müdafiə sektorunun dayanıqlığının gücləndirilməsi məqsədilə Moldova Silahlı Qüvvələrinin imkanlarının genişləndirilməsinə töhfə verməkdir", - məlumatda deyilir.

Proqram Moldova ordusu üçün öldürücü olmayan avadanlıqların, o cümlədən kəşfiyyat pilotsuz təyyarələri və taktiki rabitə vasitələrinin əldə edilməsinə yönəlib.

AzVision.az



Teqlər: AB   Moldova  





Xəbər lenti