Parisdə terrorçuluqda şübhəli bilinən üç nəfər tutulub

Parisdə terrorçuluqda şübhəli bilinən üç nəfər tutulub
  02 İyul 2022    Oxunub:1412
Fransanın paytaxtı Parisdə terrorçuluqda şübhəli bilinən üç nəfər saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə "France-Presse" məlumat yayıb.

Onların saxlanılması əməliyyatı ölkənin şimal-şərqində Reyms şəhərində həyata keçirilib.

Bu şəxslər Suriya-İraq zonasında olan fransız əsilli terrorçuya maddi-texniki yardım göstərməkdə şübhəli bilinirlər.

2017-ci ildən Fransanın xüsusi xidmət orqanları ölkə ərazisində hazırlanan 39 terror aktının qarşısını alıb.

AzVision.az



Teqlər: Fransa   Terror  





Xəbər lenti