Yerə "potensial təhlükəli" asteroid yaxınlaşır

   Yerə    "potensial təhlükəli" asteroid    yaxınlaşır
  02 İyul 2022    Oxunub:1597
Yer kürəsinə diametri 50 ilə 155 metr arasında böyük astreoid yaxınlaşır.
AzVision.az “Daily Star”a nistinadən xəbər verir ki, ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) 2022 JE1 asteroidinin iyulun 3-ü Yerin yanından keçəcəyini açıqlayıb.

NASA 2022 JE1 asteroidini "potensial təhlükəli" adlandırıb. Asteroid bazar günü Yerə 3,29 milyon km məsafədə yaxınlaşacaq ki, bu da Yerlə Ay arasındakı məsafədən demək olar ki, 9 dəfə çoxdur.

Onun Yerə növbəti gözlənilən yaxınlaşması beş il sonra- 2027-ci il iyulun 14-də olacaq.

Qeyd olunur ki, NASA 2022 JE1-i Yerə 7,48 milyon km-dən az məsafədə yaxınlaşacağına görə "potensial təhlükəli" kimi təyin edib.

AzVision.az



Teqlər:





Xəbər lenti