Bakıda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB

Bakıda yaşayış binasında yanğın söndürülüb -  YENİLƏNİB
  02 İyul 2022    Oxunub:1947
Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
AzVision.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Əlavə məlumat veriləcək.

***

Bakının Xətai rayonunda yaşayış binasında yanğın başlayıb.

AzVision.az FHN-ə istinadən xəbər verir ki, nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

AzVision.az



Teqlər:





Xəbər lenti