"Təhsilə diqqət daimi olmalıdır, müddətli yox" - DİM sədri

   "Təhsilə diqqət daimi olmalıdır, müddətli yox" -    DİM sədri
  02 İyul 2022    Oxunub:1741
Zəif nəticə göstərən şagirdlərin repetitor yanına getməsi nəticəni elə də dəyişmir.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

"Misal olaraq, tədris proqramının, eləcə də lazım olan bacarığın 20 %-i olan 9-cu sinif şagirdi repetitor yanına gedəndə iki il ərzində nəticəyə ən çoxu 40 % əlavə edə bilər. Yaxud 60 %-lik nəticəsi olan şagirdin 40 faizlik nəticəsi ayrı mövzudur. 9-cu sinfə 20 %-lik nəticə ilə gəlib çatan şagird həyatı boyu nə 500, nə də 600 bal toplamayacaq. Bunu başa düşməlidirlər və daimi olaraq aşağı siniflərdən yaxşı oxumalıdırlar.

Təəssüf ki, ənənəvi yanaşma əsasında valideyn ibtidai sinifdə övladının təhsilinə diqqət yetirmirlər. Yeniyetməlik dövründəki nizam-intizam məsələsi ilə bağlı problem səbəbindən onların təhsilinə olan diqqət kütləvi şəkildə azalır. Valideynlərin sonrakı diqqəti yalnız 9-cu sinifdən sonra ali məktəbə qəbul olmaq istəyi ilə əlaqədar yenidən başlayır. Təhsilə diqqət daimi olmalıdır, müddətli yox. Uşaqların ehtiyaclarını eşitmək və başa düşmək lazımdır. Müəllimlərdən başqa, valideyn bunu daha yaxşı bilməlidir. Valideynlərlə işləmək lazımdır. Bizdə psixoloji xidmətlər açılıb və hər zaman valideynlərə hansısa məsləhətlər verməyə hazırıq. Çünki təlim-tərbiyə prosesi daim gedir. Hər insan öz bildiyini övladına çatdırır. Elə hallar da olur ki, intellektual qidanı valideyn övladına verə bilmir. Valideynə də bu mövzuda kömək lazımdır".

AzVision.az
.


Teqlər:





Xəbər lenti