Dənizdə bir nəfər batıb

Dənizdə bir nəfər batıb
  02 İyul 2022    Oxunub:1534
Bakı şəhərinin Xəzər rayonunda dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 4 km aralı, nəzarətsiz ərazi) 1 nəfər batıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AzVision.az -a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə bir nəfərin batması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən 1998-ci il təvəllüdlü İsrafilov Rafiq Zeynal oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

AzVision.az



Teqlər:





Xəbər lenti