Rusiya Ukraynanın yeni itkilərini açıqladı

   Rusiya Ukraynanın yeni itkilərini açıqladı
  02 İyul 2022    Oxunub:1709
Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus MiQ-29 təyyarəsini vurub.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib. Konaşenkov həmçinin ötən gün Ukraynaya məxsus 19 pilotsuz uçuş aparatının vurulduğunu da söyləyib.

O bildiribn ki, Ukraynada keçirilən xüsusi əməliyyat zamanı aviasiya, raket qoşunları və artilleriya qüvvələri gün ərzində Ukrayna Silahlı Qüvvələrinin 340-dan çox hədəfini vurub. “Əməliyyat-taktiki və ordu aviasiyası, raket qoşunları və artilleriya qüvvələri Ukrayna Silahlı Qüvvələrinin 39 komanda məntəqəsini, Nikolayev şəhəri yaxınlığındakı iki sursat anbarını, həmçinin 302 rayonda canlı qüvvə və hərbi texnikanı vurub”, - Konaşenkov əlavə edib.

Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatına görə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 227 təyyarə, 134 helikopter, 1430 pilotsuz uçuş aparatı, 353 zenit-raket kompleksi, 3886 tank və digər zirehli döyüş vasitələri texnikası, 702 reaktiv yaylım atəşi sistemli döyüş maşını, 3073 səhra artilleriya silahı və minaatan, o cümlədən 3954 ədəd xüsusi təyinatlı hərbi maşın məhv edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti