Cənubi Koreyada istilərlə bağlı xəbərdarlıq edilib

Cənubi Koreyada istilərlə bağlı xəbərdarlıq edilib
  02 İyul 2022    Oxunub:1612
Cənubi Koreyada istilərin başlaması ilə əlaqədar hava xəbərdarlığı edilib.
Qeyd olunub ki, ölkənin Daxili İşlər və Təhlükəsizlik Nazirliyi ölkə ərazisinin 40%-də havanın temperaturu ən azı 3 gün ərzində 33 dərəcə və daha yuxarı qalxdıqda belə xəbərdarlıq edir.

Bu xəbərdarlıq dövründə nazirlik açıq havada xeyli vaxt keçirən işçilərə, xüsusən də tikinti işçilərinə, fermerlərə və tənha qocalara dəstək olmaq üçün tədbirlər görür.

AzVision.az



Teqlər:





Xəbər lenti