Rusiyanın Ukraynada ölən hərbçilərinin sayı 36 minə çatır

Rusiyanın Ukraynada ölən hərbçilərinin sayı 36 minə çatır
  02 İyul 2022    Oxunub:853
Rusiya Silahlı Qüvvələrinin 35 870 hərbçisi Ukraynada gedən müharibədə ölüb.
Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında bildirilib. Qeyd olunub ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1582 tank, 3737 zirehli maşın, 800 artilleriya sistemi, 246 reaktiv yaylım atəşi sistemi, 105 hava hücumundan müdafiə sistemi, 217 təyyarə, 186 helikopter, 653 operativ-taktiki PUA, 144 qanadlı raket, 15 gəmi/qayıq, 2614 avtomobil və avtoçən, 61 xüsusi texnikadan ibarətdir.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.

AzVision.az


Teqlər: Ukrayna  





Xəbər lenti