Zelenskidən etiraf: “Dünyanın münaqişəyə marağı zəifləyir”

      Zelenskidən etiraf:    “Dünyanın münaqişəyə marağı zəifləyir”
  02 İyul 2022    Oxunub:1569
Ukrayna prezidenti Volodimir Zelenski bütün dünyada ölkədəki münaqişəyə maraq dalğasının səngidiyini etiraf edib və digər dövlətlərin liderlərinə həmvətənlərini Kiyevi dəstəkləməyə çağırmaq xahişi ilə müraciət edib.
Bu barədə o, Kiyevdə Norveçin baş naziri Jonas Qahr Store ilə birgə mətbuat konfransında bildirib. “Mən sizinlə tamamilə razıyam ki, müharibəyə diqqət zəifləyir. Çünki Avropada və dünyada insanlar müharibə, onun necə olduğu barədə düşünmək istəmirlər. Mən müharibənin çox uzaqda olmasını istəyirəm”, - deyə Zelenski bildirib.

Eyni zamanda, o, növbəti dəfə hərbi əməliyyatların Ukraynadan başqa dövlətlərə də keçə biləcəyini təsdiqləyib: “Ona görə də müharibədə marağın azalmaması çox vacibdir. Bunu yalnız biz, dövlət rəhbərləri, media edə bilər”, - prezident deyib.

AzVision.az




Teqlər:





Xəbər lenti