Finlandiya XİN: “Ankara ilə PKK üzvlərinin ekstradisiyası müzakirə olunmayıb”

      Finlandiya XİN:    “Ankara ilə PKK üzvlərinin ekstradisiyası müzakirə olunmayıb”
  02 İyul 2022    Oxunub:1568
Finlandiya və Türkiyə NATO sammitində PKK terror qruplaşması ilə əlaqəli şəxslərin ekstradisiyası məsələsini müzakirə etməyib.
AzVision.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu Finlandiyanın xarici işlər naziri Pekka Haavisto bildirib. “Biz Madriddə Türkiyə ilə heç bir şəxs və ya siyahı müzakirə etməmişik”, - deyə o bildirib.

Qeyd edək ki, Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzv qəbul edilməsinə razılıq verib. Məlumata görə, sözügedən razılıq Türkiyənin tələblərinin qəbul edilməsi fonunda əldə edilib. Belə ki, hər iki ölkə PKK və onun qollarına qarşı mübarizədə Türkiyə ilə tam əməkdaşlıq etmək barədə razılığa gəliblər. Bu istiqamətdə Terrorizmlə mübarizədə kəşfiyyat məlumatlarının mübadiləsi üçün strukturlaşdırılmış əməkdaşlıq mexanizmi yaradılacaq.

Həmçinin müdafiə sənayesi məhsullarının tədarükünə qoyulan embarqo aradan qaldırılacaq, bu istiqamətdə əməkdaşlıq genişləndiriləcək. Eləcə də Finlandiya və İsveçin Avropa İttifaqının təhlükəsizlik mexanizmlərində mümkün qədər geniş iştirakına dəstək veriləcək.


AzVision.az



Teqlər: Türkiyə   PKK  





Xəbər lenti