“Washington Post”: “Bayden seçkiqabağı vədlərini pozur”

      “Washington Post”:    “Bayden seçkiqabağı vədlərini pozur”
  02 İyul 2022    Oxunub:1300
ABŞ Prezidenti Co Bayden administrasiyasının neft sahələri ilə bağlı təklifləri onun iqlim dəyişikliyi və qazma işlərinin azaldılması ilə bağlı seçki kampaniyası vədləri ilə ziddiyyət təşkil edir.
Bu barədə “Washington Post” xəbər verir. Bu plan ölkəni 2030-cu ilə qədər milli emissiyaları yarıya qədər azaltmaq vədindən uzaqlaşdırır. Nəşr Daxili İşlər Nazirliyinin qazma sahələrinin icarəyə verilməsinin ictimai müzakirəsi üçün dərc etdiyi planı təhlil edərək qeyd edib ki, söhbət Meksika körfəzində on və Kuk körfəzində bir yer təklif etməkdən gedir.

Nazirlik qeyd edir ki, plan gələcəkdə dəyişdirilə bilər və yekun proqrama daha az potensial lizinq təklifləri daxil ola bilər: “Bu elan Baydenin federal torpaqlarda qalıq yanacaq hasilatını həmişəlik dayandırmaq barədə verdiyi vədini yerinə yetirmir. Halbu ki, Cozef Bayden seçki kampaniyasının bir hissəsi olaraq federal torpaqlarda və dəniz ərazilərində yeni qazma işlərini dayandıracağını vəd edib”.


AzVision.az

Teqlər: Bayden  







Xəbər lenti