Avropada meymunçiçəyi: 14 günə 4500 yoluxma

   Avropada meymunçiçəyi:    14 günə 4500 yoluxma
  02 İyul 2022    Oxunub:1699
Avropa regionunda meymunçiçəyi xəstəliyinə yoluxanların sayı son iki həftə ərzində üç dəfə artaraq 4,5 mini nəfəri keçib. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Klüqe bildirib. Onun sözlərinə görə, infeksiyanın yayılması qarşı mübarizə üçün təcili tədbirlər görülməlidir.
“Bütün dünyada yoluxanların demək olar ki, 90%-i Avropanın payına düşür. Yoluxma hallarının əksəriyyəti 21-40 yaş arası insanlar arasında qeydə alınıb, onların 99%-i kişilərdir. Xəstələrin təxminən 10%-i ya müalicə, ya da təcrid üçün xəstəxanaya yerləşdirilib, bir xəstə isə reanimasiya şöbəsinə yerləşdirilib. Bu günə qədər ÜST ölümlərlə bağlı məlumat almayıb”.


AzVision.az


Teqlər: Xəstəlik  





Xəbər lenti