Ukrayna və Rusiyanın taxıl ixracı ilə bağlı danışıqlar davam edir - BMT

   Ukrayna və Rusiyanın taxıl ixracı ilə bağlı danışıqlar davam edir -    BMT
  01 İyul 2022    Oxunub:2127
Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracının və Rusiya taxılının və gübrələrinin dünya bazarlarına çıxarılmasının təmin edilməsinə dair paket sazişinin əldə edilməsi üzrə danışıqlar davam edir.
AzVision.az xəbər verir ki, bunu BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

"Danışıqlar davam edir. Nəsə görünən kimi biz onları elan etməyə hazır olacağıq", - Düjarrik brifinqdə deyib.

Qeyd edək ki, BMT taxıl qıtlığı səbəbindən ərzaq böhranı təhlükəsi elan edib. Qərb Rusiyanı Ukrayna taxılının dünya bazarlarına tədarükünə qarşı çıxmaqda ittiham edir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti