Ərdoğan Yunanıstanla müharibənin mümkünlüyündən danışdı

   Ərdoğan  Yunanıstanla müharibənin mümkünlüyündən danışdı
  01 İyul 2022    Oxunub:2358
Türkiyənin NATO üzrə tərəfdaşı olan qonşu Yunanıstanla müharibə etmək niyyəti yoxdur.
AzVision.az xəbər verir ki, bunu Türkiyə Prezienti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

"Yunanıstanla müharibəyə başlamaq kimi problemimiz yoxdur. Yunanıstan verdiyi sözə əməl etmir. Yunanıstan Türkiyənin hava məkanını 147 dəfə pozub. Əgər biz qonşu, dostuq və sülh içində yaşamaq istəyiriksə, hava məkanını niyə pozaq? Bizim Hərvi Hava Qüvvələri pozuntular barədə lazımi obyektiv məlumat verir və bunu gələcəkdə də edəcək”, - Ərdoğan bildirib.

Prezidentin sözlərinə görə, Madriddə NATO ölkələrinin liderləri Türkiyənin Yunanıstanla münasibətlərinin normallaşdırılması üçün vasitəçi kimi çıxış etməyi təklif ediblər. Ərdoğan hələlik buna ehtiyacın olmadığını bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti