Ərdoğan: "Suriyada hərbi əməliyyatlar hər an başlaya bilər"

      Ərdoğan:    "Suriyada hərbi əməliyyatlar hər an başlaya bilər"
  01 İyul 2022    Oxunub:2053
Ankaranın Suriyanın şimalında yeni hərbi əməliyyatı hər an başlaya bilər.
AzVision.az xəbər verir ki, bunu Türkiyə Prezienti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib. "Mən həmişə deyirəm ki, əməliyyata gecə istənilən an başlaya bilərik. Narahat olmağa və tələsməyə ehtiyac yoxdur. Xüsusilə bu sahədə çalışdığımız üçün. Ümid edirəm ki, vaxtı gələndə əməliyyata başlayacağıq", - Ərdoğan bildirib.

Türkiyə hakimiyyəti daha əvvəl Türkiyə Silahlı Qüvvələrinin sərhədyanı əməliyyat keçirməyə tam hazır olduğunu bildirmişdi. Ərdoğanın sözlərinə görə, Suriyada planlaşdırılan əməliyyatın əsas məqsədi 2019-cu ilin oktyabrında “Sülh çeşməsi” antiterror əməliyyatından sonra yaradılmış 30 kilometrlik təhlükəsizlik zonasının genişləndirilməsidir.

AzVision.az


Teqlər:





Xəbər lenti