Nazir: "Meymunçiçəyinə qarşı vaksinasiya nəzərdə tutulmur"

  Nazir:  "Meymunçiçəyinə qarşı vaksinasiya nəzərdə tutulmur"
  01 İyul 2022    Oxunub:1550
"Meymunçiçəyi virusuna qarşı heç bir vaksinasiya nəzərdə tutulmur".
AzVision.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

"Bu da Ümumdünya Səhiyyə Təşkilatının strategiyasından irəli gəlir. Yəni hazırda heç bir peyvəndə ehtiyac duyulmur", - o əlavə edib.

Nazir son günlər koronavirusa yoluxma sayında artımın olmasına da münasibət bildirib. O qeyd edib ki, yay mövsümü olduğundan insanlar daha çox kütləvi tədbirlərə üz tutur.

"Ümumilikdə ölkədə epidemioloji vəziyyət stabildir. Ağırlaşmalar demək olar ki, yoxdur".

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti